Türkiyədə dağıntıya səbəb olan güclü zəlzələdən 25 gün sonra bir it sağ çıxarılıb.
Lent.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hatayada axtarış xilasetmə işləri zamanı it dağıntılar altından çıxarılıb.
Xatırladaq ki, fevralın 6-ı 11 vilayətdə 7,8 və 7,4 bal gücündə iki zəlzələ baş vermişdir.
Hadisədə ölənlərin sayı 45 mini ötüb.