Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun hərbçilərinə müraciət edib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, rus hərbçilərindən Ukraynanı tərk etməyi tələb edir.
Zelenski müraciətində bildirir:
"Ukrayna torpaqlarından qaçıb getməyinizi, sağ qalmaq üçün son şansınızdan istifadə etməyinizi məsləhət görürəm. Rusiyaya qayıtmağa, həbs olunacağınızdan qorxursunuzsa, Ukrayna dövlətinə təslim olun.
Son şansınız olduğunu bir daha unutmayın. Bir daha belə şansınız olmaya bilər".
Qeyd edək ki, Rusiya və Ukrayna müharibəsi 6 aydır davam edir.