Zelenski: “Zaporojye AES-də partlayış Avropanın sonu ola bilər” -YENİLƏNİB
04 mart 2022 08:27 (UTC +04:00)

Zelenski: “Zaporojye AES-də partlayış Avropanın sonu ola bilər” -YENİLƏNİB

0

Ukraynada Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib

Qeyd olunur ki, saat 05.55-də (Bakı vaxtı ilə 07.55) Zaporojye AES-in təlim-tədris korpusunda 2 min kvadrat metr sahədə yanğın nəzarət altına alınıb. Ölən və xəsarət alan yoxdur.

***

06.55

Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye AES-də başlayan yanğınla bağlı Avropa liderlərinə müraciət edib.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, müraciət dövlət başçısının Teleqram kanalında yerləşdirilib.

“Avropalılar, yuxudan ayılın. Avropanın ən böyük AES-i yanır. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.

Zelenski hadisə ilə əlaqədar Şarl Mişel, Olaf Şolts, Anjey Duda, Boris Conson və AEBA-nın rəhbəri Rafael Qrossi ilə əlaqə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4877

Oxşar yazılar