Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyanın Xirosima şəhərində keçirilən Yeddilik Qrupunun (G7) sammitində şəxsən iştirak edəcək.
Lent.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, yapon rəsmiləri daha əvvəl Zelenskinin görüşdə onlayn iştirakını elan ediblər.
Yaponiya 2023-cü ildə G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir.