Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında Ağ evdə mətbuat konfransından öncə mübahisə yaşanıb.
Lent.az mübahisənin tam mətnini təqdim edir:
Tramp: Əgər özümü onlarla (Putin və Zelenskiyə) uzlaşdırmasam, razılaşma (atəşkəs) əldə edə bilmərəm. Siz istəyirsiniz, mən Putinlə bağlı çox dəhşətli şeylər deyim, sonra da “salam Vladimir, razılaşma ilə bağlı neynəyirik” soruşum, bu, belə işləmir. Özümü Putinlə uzlaşdırmıram, mən heç kimlə uzlaşmıram, ABŞ və dünyanın yaxşılığı üçün çalışıram. Mən bu şeyin (müharibənin) bitməsini istəyirəm. (Jurnalistlərə Zelenskini göstərərək) Siz Putinə nifrəti görürsünüz və bu, mənə razılaşma əldə etməyi çətinləşdirir. Onun nəhəng nifrəti var. Mən bunu başa düşürəm, lakin digər tərəf də onunla (Zelenksi ilə) sevgi içərisində deyil. Siz uzlaşma ilə bağlı sual verdiniz - mən dünya ilə, Avropa ilə özümü uzlaşdırıram. Görmək istəyirəm ki biz bunu həll edə bilərikmi? Siz mənim sərt olmağımı istəyirsiniz. İstənilən insanla sərt ola bilərəm, siz bunu görmüsünüz. Amma sən bu yolla razılaşma əldə edə bilməzsən. Daha bir sual qəbul edəcəyəm (Jurnalistlərə baxaraq)…
Vens: Mən buna (jurnalistin sualın) cavab vermək istəyirəm. Baxın, ABŞ-nin dörd il müddətində mətbuat konfransında Putin haqqında sərt danışan prezidenti var idi. Daha sonra isə Putin Ukraynanı işğal etdi və ölkənin böyük hissəsini dağıtdı. Sülhə və firavanlığa yol ola bilsin ki, diplomatiyada iştirakdır. Biz Co Baydenin yolunu yoxladıq, sinəmizə vuraraq özümüzü elə apardıq ki, ABŞ prezidentinin sözləri onun əməllərindən daha vacibdir. ABŞ-ı yaxşı ölkə edən onun diplomatiyada iştirakıdır və Prezident Tramp da bunu edir.
Zelenski: Mən cavab verə bilərəmmi?
Vens: Əlbəttə.
Zelenski: Hə?
Vens: Bəli
Zelenski: (Vensə baxaraq danışır) O, (Vladimir Putin) 2014-də bizim böyük hissəmizi, Ukraynanın böyük hissəsini, Şərqini, Krımı işğal etdi. Uzun illər ərzində - mən, sadəcə, Bayden haqqında danışmıram – həmin müddətdə Prezident Obama, daha sonra Prezident Tramp, daha sonra Prezident Bayden indi isə yenə Prezident Tramp – allaha şükür ki, indi Tramp onu (Putini) dayandıracaq - Lakin 2014-cü ildən bəri heç kim onu dayandırmadı. O, sadəcə işğal etdi və ələ keçirdi. Bilirsiniz təmas xəttində nə ..
Tramp: 2015-ci il?
Zelenksi: 2014
Tramp: 2014. Onda mən burada (Ağ evdə) deyildim.
Zelenski: Bəli, lakin 2014-cü ildən 2022-ci ilədək vəziyyət eyni qaldı. Təmas xəttində insanlar öldülər. Heç kim onu dayandırmadı. Bilirsinizmi ki, bizim onunla danışıqlarımız var idi. Çox danışıqlarımız var idi. İkitərəfli danışıqlar. Mən 2019-cu ildə yeni prezident olaraq Merkel və Makronla birlikdə atəşkəs imzaladım. Atəşkəs! Biz onunla qaz sazişi imzaladıq. Lakin bundan sonra o, atəşkəsi pozdu, o, bizim insanlarımızı öldürdü, o, əsirləri mübadilə etmədi. Biz əsirlərin mübadiləsi barədə sənəd imzaladıq. Lakin o, bunu etmədi. Vens, siz nə cür bir diplomatiyadan danışırsınız? Siz nə demək istəyirsiniz?
Vens: Mən o cür bir diplomatiyadan danışıram ki, o sizin ölkənizin dağıdılmasına son verəcək.
Zelenski: Bəli, lakin ...
Vens: Cənab prezident ! Cənab prezident! Düşünürəm ki, sizin oval ofisə gəlib bunu Amerika mediasının qarşısında mühakimə etməyiniz hörmətsizlikdir. Sizlər indi ətrafda gəzərək çağırışçıları cəbhəyə məcbur edirsiniz, çünki sizin hərbçi çatışmazlığınız var. Siz ABŞ prezidentinə bu münaqişəni sona çatdırmağa çalışdığına görə mütəşəkkir olmalısınız.
Zelenski: Siz nə vaxtsa Ukraynada olmusunuzmu ki, bizim hansı problemlərimizin olduğundan danışırsınız?
Vens: Mən olmuşam ki... Düzü, mən hekayələrə baxmışam və izləmişəm, nə baş verdiyini bilirəm. Siz razı deyilsinizmi ki, insanları orduya cəlb etməkdə problemləriniz var?
Zelenski: Mən cavab verəcəyəm...
Vens: Oval ofisə gələrək sizin ölkənizin dağılmasının qarşısını almağa çalışan administrasiyaya hücum etməyiniz hörmətsizlikdir.
Zelenski: Çox sual verdiniz. Gəlin, lap əvvəldən başlayaq.
Vens: Əlbəttə.
Zelenski: Zelenski: Birincisi, müharibə dövründə hər kəsin problemləri olur. Hətta, sizin də. Lakin sizin yaxşı okeanınız var. Siz hələ hiss etmirsiniz, lakin bunu gələcəkdə hiss edəcəksiniz. Allah qorusun…
Tramp: Siz bunu bilə bilməsziniz. Bizə gələcəkdə nə hiss edəcəyimizi deməyin. Biz problemi həll etməyə çalışırıq. Bizə nə hiss edəcəyimizi deməyin.
Zelenski: Mən onun suallarına (Vensin) cavab verirəm.
Tramp: Bizə diktə edəcək mövqedə deyilsiniz. Siz, bizə nə hiss edəcəyimizi diqtə edəcək mövqedə deyilsiniz. Biz özümüzü çox yaxşı hiss edəcəyik.
Zelenski: Mən sizin (müharibənin) təsirini hiss edəcəyinizi deyirəm
Tramp: Biz çox yaxşı, çox güclü hiss edəcəyik.
Zelenski: Mən sizin təsiri hiss edəcəyinizi deyirəm
Tramp: Siz haqlısınız, siz indi yaxşı mövqedə deyilsiniz. Siz özünüzün çox pis mövqeyə düşməyinizə imkan vermisiniz. Mövqeyiniz yaxşı deyil. Sizin hazırda kartlarınız yoxdur.
Zelenski: Mən kart oynamıram.
Tramp: Siz kart oynayırsınız. Siz milyonlarla insanın həyatı ilə qumar oynayırsınız. Siz 3-cü dünya müharibəsi ilə qumar oynayırsınız və etdiyiniz bu ölkəyə çox hörmətsizlikdir.
Zelenski: mən hörmət edirəm
Vens: Siz bir dəfə də olsun təşəkkür etmisinizmi?
Zelenski: Bir çox dəfə.
Vens: Siz Pensilvaniyaya getdiniz və oktyabrda müxalifət üçün kampaniyada iştirak etdiniz. Sizin ölkənizi qorumağa çalışan ABŞ-yə və onun prezidentinə təşəkkürlərinizi çatdırmalısınız.
Zelenski: (Vensə baxaraq) Xahiş edirəm, əgər düşünürsünüsə ki, müharibə haqqında ucadan danışaraq…
Tramp: o ucadan danışmır. Sizin ölkəniz çox çətin vəziyyətdədir.
Zelenski: Olarmı cavab verim?
Tramp: Yox, Yox, siz çox danışdınız. Sizin ölkəniz çox çətin vəziyyətdədir.
Zelenski: Mən bilirəm.
Tramp: Siz qalib gəlmirsiniz, siz bunda qalib gələ bilmirsiniz. Sizin bunda yaxşı olmağınız üçün, bizsiz lənətə gəlmiş şansınız yoxdur.
Zelenski: Cənab prezident, biz öz ölkəmizdə qalırıq. Güclü dayanırıq, müharibənin lap əvvəlindən biz tək olmuşuq və biz minnətdarıq. Mən bu kabinetə də təşəkkür etdim, yalnız bu kabinetə də yox...
Tramp: Biz bu axmaq prezident vasitəsilə sizə 350 milyard verdik, biz sizə hərbi ləvazimat verdik. Sizin kişiləriniz cəsurdur, lakin onlar bizim hərbi vasitələrimizdən istifadə edirlər.
Zelenski: Bəs mənə qarşı hörmət necə? Siz məni ona görə dəvət etdiniz ki...
Tramp: Sizdə bizim hərbi vasitələrimiz olmasaydı, bu müharibə iki həftəyə bitərdi.
Zelenski: “3 gün” – mən bunu daha əvvəl Putindən eşitmişdim, “3 gün”.
Tramp: Bəlkə də daha az.
Zelenski: “İki həftə” - bunu yeni eşidirəm.
Tramp: Bu formada iş görmək çox çətin olacaq, bunu sizə deyə bilərəm.
Vens: Siz çox sağolun dedinizmi?
Zelenski: Mən Amerika xalqına bir çox dəfə sağ ol demişəm.
Vens: Haqsız olduğunuz halda, Amerika mediasının qarşısında bu mübahisəni etməkdənsə...Razılaşmadığımız məqamlar olduğunu qəbul edək. Biz bilirik ki, siz haqsızsınız.
Tramp: Düşünürəm ki Amerika xalqının nə baş verdiyini görməsi yaxşıdır. Bu çox vacibdir, ona görə də bunun (mübahisənin) bu qədər uzun davam etməsinə icazə verdim. Siz minnətdar olmalısınız. Sizin kartlarınız yoxdur. Sizin insanlarınız ölür, əsgərləriniz azalır. Ondan sonra heç də yaxşı olmayacaq. Amma siz gəlib bizə deyirsiniz “mən atəşkəs istəmirəm, davam etmək istəyirəm”. Əgər atəşkəs istəyirsinizsə indi bu var, onu götür, güllələrin uçuşması dayansın.
Zelenski: Əlbəttə biz müharibəni dayandırmaq istəyirik.
Tramp: Amma sən deyirsən atəşkəs istəmirsən.
Zelenski: Əlbəttə, biz atəşkəs istəyirik, ancaq zəmanətlərlə.
Tramp: Mən atəşkəs istəyirəm, çünki atəşkəsi razılaşmadan daha tez əldə edirsən.
Zelenski: Atəşkəslə bağlı bizim insanlarımızdan soruşun, görün, onlar nə düşünürlər? Onların nə düşünməsinin sizin üçün mənası yoxdurmu?
Tramp: Bu, mən (hakimiyyətdə) olanda baş vermədi. Bu Bayden adlı ağıllı olmayan birinin dövründə oldu.
Zelenski: Lakin o sizin prezidentiniz idi.
Tramp: Bağışlayın, bu Obama olanda baş verdi. O, sizə vərəqlər verirdi, mən isə “Javelin”lər verdim. Mən sizə o tankları məhv etmək üçün “Javelin”lər verdim. Bəyanat budur ki – “Obama vərəqlər verdi, Tramp “Javelin”lər”. Sən daha çox minnətdar olmalısan. Çünki sizin şansınız yoxdur. Bizimlə sizin şansınız var. Lakin bizsiz sizin heç bir şansınız yoxdur.
Jurnalist: Bəs Rusiya atəşkəsi pozsa, necə ?
Tramp: Bəs əgər elə indi sənin başına bomba düşsə, necə? Bəs əgər onlar atəşkəsi pozsalar, necə? Bilmirəm. Onlar bunu Baydenin vaxtında pozdular. Onlar Baydenə hörmət etmirlər, onlar Obamaya hörmət etmirlər. Onlar mənə hörmət edirlər…
***
28.02.2025
22:02
ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski Ağ Evdə mətbuat konfransından öncə mübahisə ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərindən gedəndə onlar bir-birinin sözünü kəsməyə başlayıblar.
Tramp Zelenskinin milyonlarla insanın həyatı ilə oynadığını bəyan edib.
“Ukrayna indi o qədər də yaxşı vəziyyətdə deyil. Mən bilirəm ki, siz qalib gəlmirsiniz. Əsgərlərinizin sayı tükənir. Ukraynada münaqişəyə son qoymağın vaxtıdır, Rusiya bunu istəyir. Ruslarla danışıqlarımız olub, Prezidentlə danışmışam. Və biz bunu sona çatdırmağa çalışacağıq”, - Tramp qeyd edib.