Volodimir Zelenski
10 mart 2022 01:32 (UTC +04:00)

Volodimir Zelenski

Zelenski: “Müharibəyə yalnız Putinlə birbaşa danışıqlar son qoya bilər”

0

Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, müharibəyə yalnız Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar son qoya bilər.

Lent.az-ın xəbərinə görə, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Zelenski bildirib ki, yalnız Rusiya prezidenti ilə birbaşa və qarşlıqlı kompromisə söykənən  dialoqla müharibəni dayandırmaq olar.

“Bütün danışıqlarda məqsədim müharibənin başa çatmasıdır. Mən də müvafiq addımlar ata bilərəm. Kompromis mümkündür, lakin bu mənim ölkəmə xəyanət olmamalıdır. Mən hələ detalları açıqlaya bilmərəm. Çünki Rusiya prezidenti ilə birbaşa təmasım yoxdur. Yalnız 2 prezidentin birbaşa danışıqları müharibəyə son qoya bilər”, - deyə Zelenski vurğulayıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1846

Oxşar yazılar