Ukrayna prezidenti Volodimir Zelenski hazırki şəraitdə Rusiya ilə danışıqlara hazır olmadığını bildirib.
APA-nın xəbərinə görə, bu barədə dövlət başçısı CNN televiziyasına müsaibəsində bildirib.
“Bu gün Rusiyanın konstruktiv olmaq üçün heç bir istəyi olmadığını görürəm. Mənim prinsipim budur: ultimatum verənlərlə heç nə danışmıram” – deyə Zelenski qeyd edib.
Ukrayna prezidenti bildirib ki, 2 ölkə arasında razılaşma yalnız Rusiya ordusu Ukrayna ərazisini tərk etdikdən sonra mümkün olacaq.