Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) gələn həftə Zaporojye AES-ə gedəcək nümayəndə heyətinin tərkibi məlum olub.
Lent.az-ın xəbərinə görə, bu barədə “New York Times” məlumat yayıb.
Qəzet yazır ki, nümayəndə heyətinə AEBA-nın direktoru Rafael Qrossi rəhbərlik edəcək. Missiyada iştirak edəcək 13 ekspert isə neytral ölkələrin nümayəndələrindən təşkil olunub. Heyətdə ABŞ və Britaniya nümayəndələri yer almır.
Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES hazırda Rusiya ordusunun nəzarətindədir.