ABŞ-da gənc qadın sevgilisini bıçaqlayıb.
Lent.az xarcii mediaya istinadla bildirir ki, hadisə Viskonsin ştatında baş verib. 21 yaşlı Morqan Lund adlı qadın səhər tezdən yuxudan oyanıb ərinə 19 bıçaq zərbəsi vurub. O, hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb.
Morqan Lund ifadəsində ruhi xəstə olduğunu deyib. Ərini bıçaqlayarkən yuxu gördüyünü və özündə olmadığı deyən qadın, özünü təqsirli bilməyib. Morqan həmçinin yuxuda qaranlıq insanabənzər varlıq gördüyünü deyərək, ona hücum etdiyini bildirib.
Zərərçəkmiş kişi isə qadının əvvəllər də ona xəsarət yetirdiyini dilə gətirib.
Məhkəmə Morqanın psixoloji müayinədən keçməsini bildirərək, iclası təxirə salıb.