Qəribə hadisə İtaliyada baş verib.
Lent.az xəbər verir ki, Lombardiya sakini evinin qarşısındakı yolda olan çalaya maşınların düşməsindən bezərək onu təmir edib.
Lakin ertəsi gün çalanı doluran şəxsə bələdiyyədən 900 avro cərimə bildirişi gəlib. Ondan həmçinin yolu əvvəlki vəziyyətinə qaytarmaq tələb olunur.
Lakin yaşlı kişi cəriməni ödəməyib, əksinə bələdiyyədən məhkəməyə şikayət edib.
Məsələ Avropa mediasının baş mövzularındandır.