Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
1956-cı il təvəllüdlü Arifov Arif Nəbi oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.