Yeni ildə  spirtli içkilərin satışı məhdudlaşdırılsın – TƏKLİF
07 dekabr 2021 14:36 (UTC +04:00)

Yeni ildə spirtli içkilərin satışı məhdudlaşdırılsın – TƏKLİF

Rusiyada Yeni il tətillərində spirtli içkilərin satışının məhdudlaşdırılması, bu müddət ərzində mədəni tədbirlərin pulsuz keçirilməsi təklif edilib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, belə bir təşəbbüslə Dövlət Dumasının deputatı, “Ayıq Rusiya” layihəsinin rəhbəri Sultan Həmzəyev çıxış edib.

“Yeni il ərəfəsində spirtli içkilər vətəndaşlarımızın həyat və sağlamlığını fantastik şəkildə məhv edir, çünki onların bəziləri bayram günlərində “ölçünü” itirirlər”, deyə millət vəkili vurğulayıb.

Rusların çox içməsinin qarşısını almaq üçün S.Həmzəyev kinoteatrlara, teatrlara, muzeylərə, hovuzlara və idman komplekslərinə pulsuz giriş imkanı açmağı təklif edib.

Qeyd edək ki, ilin sonuna kimi “Ayıq Rusiya” layihəsinin rəhbəri bununla bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Rəsul SARI

Oxşar yazılar