Türkiyədə yeni doğulan körpə qızı küçəyə atıblar.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Konya şəhərinin Karatay qəsəbəsində baş verib. Küçədə körpə səsi eşidən insanlar təcili tibbi yardıma və polisə xəbər veriblər.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları müəyyən ediblər ki, körpə bir neçə gün əvvəl doğulan qızdır. Körpə Konya şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti yaxşıdır.
Polislər isə uşağın kimlər tərəfindən küçəyə atıldığını müəyyənləşdirmək üçün tədbirlərə başlayıb.