Yaponiyanın ən yaxşı bombardiri  öldü
11 avqust 2025 05:34 (UTC +04:00)

Yaponiyanın ən yaxşı bombardiri öldü

Yaponiyanın futbol tarixində bütün zamanların ən yaxşı bombardiri hesab olunan Kunişiqe Kamamoto 81 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Assosiasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Kamamotonun ölüm səbəbi pnevmoniya olub.

Karyerası ərzində 1967-1984-cü illərdə "Yanmar Dizel" klubunda çıxış edən Kamamoto millinin heyətində 75 qol vurub ki, bu da Yaponiya yığması tarixində ən yaxşı nəticədir.

Karyerasını bitirdikdən sonra Kamamoto 1998-2008-ci illərdə Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280

Oxşar yazılar