“Soyuz MS-20” kosmik gəmisinin modulu Qazaxıstan çöllərinə eniş edib.
Lent.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Kosmik Uçuşları İdarəetmə mərkəzi məlumat yayıb.
Cezqazqan şəhərində 138 kilometr uzağa enən modulun göyərtəsində rus kosmonavt Aleksandr Misurkin, Yaponiyalı milyarder Yusaku Maedzava və köməkçisi Endzo Xirano olub. Xilasedicilər modudakılara yardım göstərirlər. Onların səhhəti normaldır.
Qeyd edək ki, sözügedən heyət Beynəlxalq Kosmik Stansiyaya dekabrın 8-də yola düşmüşdü.