Yaponiyalı aktyor və kinorejissor Sonni Tiba (əsl adı Siniti Tiba) 83 yaşında koronavirusdan ölüb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tiba 8 avqustdan bəri xəstəxanada müalicə alıb və ona COVID-19 diaqnozu qoyulub.
Aktyor 180-dən çox layihədə iştirak edib. O, daha çox Kventin Tarantinonun “Billi öldür” (“Kill Bill”, 2003) filmindəki qılınc ustası Hattori Hanzo və “Forsaj 3” (“Fast and the Furious: Tokyo Drift", 2006) filmlərindəki Kamata əmi rolları ilə tanınıb.
Tiba, eyni zamanda döyüş sənəti ustası idi, onu hərdən “Yaponiyalı Bryus Li” çağırırdılar. O, 1970-ci ildə Yaponiya döyüş sənəti klubunu yaradıb.