Yanacaq daşıyan və minik maşınları toqquşdu:  27 nəfər öldü   - VİDEO  -YENİLƏNİB
04 may 2022 07:57 (UTC +04:00)

Yanacaq daşıyan və minik maşınları toqquşdu: 27 nəfər öldü - VİDEO -YENİLƏNİB

0

 

Ukraynada mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada ölənlərin sayı 27-ə çatıb.

Lent.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko açıqlama verib.

“Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq çəninin sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır. 27-ci qurban “Mercedes Vito” mikroavtobusunun sürücüsüdür”,- deyə o, "Telegram” kanalında yazıb.

İlkin məlumatlara görə, hadisəyə mikroavtobusun sürücüsü səbəb olub.

***

03,05,2022

Saat 23:30

***

Ukraynanın Rivne bölgəsində sərnişin avtobusu, minik avtomobili və yanacaq daşıyan maşını toqquşub.

Lent.az UNİAN-a istinadən xəbər verir ki, hadisə 16 nəfər ölüb, daha on nəfər yaralanıb.

Hadisə Dubenski rayonunun Sıtnoye kəndi yaxınlığında baş verib.

Hadisə Kiyev-Çop magistralında avtomobillərin hərəkətinin tamamilə dayanmasına səbəb olub.

Qəza ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4505

Oxşar yazılar