Madrid xəstəxanasında baş verən yanğın nəticəsində azı 1 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Lent.az-ınxəbərinə görə, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yanğın bazar günü Madriddə yerləşən Sent-Karlos xəstəxanasının palatalarından birində baş verib.
Qəzetin mənbələrinin məlumatına görə, bütün zərərçəkənlərə yardım göstərilib. Hadisənin səbəbləri araşdırılır.