Hindistanın Madxya Pradeş ştatında yaşayan Yaşoda Bay adlı xəstənin öd kisəsindən düz 382 ədəd daş çıxarılıb.
Lent.az “Time Bulletin” nəşrinə istinadən xəbər verir ki, qadın sinəsində və kürəyindəki güclü ağrılar səbəbilə həkimə müraciət edib.
Ultra səs müayinəsi zamanı onun öd kisəsindəki daşların çoxluğu həkimləri heyrətə gətirib. İki saatlıq əməlliyyat nəticəsində xəstənin öd kisəsi kəsilərək götürülüb.
Xaric edilən daşların bəzilərinin diametrinin bir santimetrə çatdığı bildirilir.