Belarus prezidenti Aleksandr Lukaşenko mayın 9-dan sonra respublikanın Hərbi Hava Qüvvələri və Raket Hücumundan Müdafiə Qoşunlarının mərkəzi komandanlıq məntəqəsinə gələrək ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Lukaşenko ora hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyinin təşkili və yerinə yetirilməsi ilə bağlı hesabatı dinləmək üçün gəlib. Bundan əlavə, nəşrə əlavə edilən fotoda respublika rəhbərinin sol əlindəki sarğı da əks olunub.