Zərif Lavrovla İsrailin Yaxın Şərqdəki addımlarını müzakirə edəcək
02 sentyabr 2019 00:34 (UTC +04:00)

Zərif Lavrovla İsrailin Yaxın Şərqdəki addımlarını müzakirə edəcək

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərid sentyabrın 2-də rusiyalı həmkarı Sergey Lavrovla İsrailin Yaxın Şərqdəki fəaliyyətini müzakirə edəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Cavad Zərif Rusiya XİN rəhbəri ilə görüşmək üçün artıq Moskvadadır.

“İkitərəfli məsələlərlə yanaşı, həmçinin regiondakı problemləri – razılığa gəlməli olduğumuz Suriyanı, koordinasiyaya ehtiyac duyulan Yəməni, eləcə də sionist rejimin bölgədəki zorakılığını müzakirə edəcəyik”, - Zərif belə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar