Yeni sanksiyalar İranın hakim,prokuror və jurnalistəlrinə tətbiq edilib
13 mart 2013 02:49 (UTC +04:00)

Yeni sanksiyalar İranın hakim,prokuror və jurnalistəlrinə tətbiq edilib

Avropa Birliyi martın 12-də bəyanat yayaraq insan hüquqlarının kobud pozulmasında birbaşa rolu olan 9 İran rəsmisinin adlarını açıqlayıb.


9 İran rəsmisinə sanksiya qoyulması ilə bağlı qərar martın 11-də Brüsseldə bir araya gələn Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin sessiyasında qəbul edilib. Sanksiyaya əsasən, 9 iranlının Avropa Birliyi ölkələrindəki əmlakı dondurulur, onların bu ölkələrə səfər etmək üçün viza almaları qadağan edilir. Beləliklə, insan hüquqlarını pozduqlarına görə sanksiyaya məruz qoyulan iranlıların sayı 87 nəfərə çatıb.

Lent.az-ın «RİA Novosti»-yə istinadən  məlumatına görə, Avropa Birliyinin insan hüquqlarını pozduqlarına görə sanksiyaya məruz qoyduğu 9 İran rəsmisi bunlardır:

- İranın ingilis dilində verilişlər yayan “PressTV” kanalının rəhbəri Məhəmməd Sərəfraz, həmin telekanalın xəbər bölməsinin rəisi Həmidrza Emadi;

- Tehranın Evin zindanının rəisi Əli Əşrəf Rəşidi Əqdəm;

- Əhvaz inqilab məhkəməsinin hakimləri Seyid Məhəmmədbağır Musəvi və Murtuza Kiyasəti;

- Mazandaran əyalətinin prokuroru Əsədullah Cəfəri;

- İnqilab məhkəməsinin Təbrizdəki birinci şöbəsinin hakimi Rəhim Həmlbər;

- Şiraz inqilab prokurorluğunun rəisi Seyid Rza Musəvitəbar;

- İranda internet senzurası ilə məşğul olan təşkilatın rəisi Əbdülsəməd Xürrəmabadi.

Bəyanatda bildirilib ki, Avropa Birliyinin sanksiyasına məruz qoyulan bu 9 İran rəsmisi ölkədə dinc müxaliflərin, o sıradan da jurnalistlər, bloqçular, hüquq müdafiəçiləri və digər fəalların tutulub həbsə salınmasında, təzyiq və işgəncələr altında onlardan yalançı etiraflar alınmasında və həmin yalançı etirafların hökumət telekanallarında yayılmasında, internet saytlarına məhdudiyyətlərin qoyulmasında və internet istifadəçilərinin təzyiq və təhdidə məruz qoyulmasında birbaşa əli olub.

Yeni sanksiya martın 13-dən qüvvəyə minəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35