Yeni kral taxta çıxdı
Bu gün Malayziya sultanı Abdullah Riayatuddin Əl-Mustafa Billahın rəsmi taxta çıxma mərasimi keçirilib.
APA “Bernama”ya istinadən xəbər verir ki, yeni kral taxta çıxma mərasimində etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Malayziya xalqının birliyini gücləndirməyə söz verib: “Mən insanların rifahını hər şeydən üstün tutacağam”.
Qeyd edək ki, Abdullah Riayatuddin Əl-Mustafa Billah bu il yanvarın 31-də Malayziya kralı kimi and içib. O, taxtdan imtina etmiş V Məhəmmədi əvəzləyib. V Məhəmməd rusiyalı model Oksana Voyevodina ilə evləndikdən sonra təzyiq altında taxtdan imtina edib.
731