Ukrayna baş nazirliyinə namizəd Arsen Yatsenyuk ölkənin fəlakət astanasında olduğunu bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, agentliyə müsahibəsində o, deyib ki, yeni nazirlər kabineti Ukraynanı çıxılmaz maliyyə vəziyyətindən qurtarmaq üçün ənənvi olmayan addımlar atacaq.
Onun sözlərinə görə, yeni hökumət «siyasi intiharçılardır». A.Yatsenyuk bildirib ki, kabinetin qarşısında Rusiya ilə yeni münasibətlər qurmaq tapşırığı da var: «Biz əminik ki, Rusiya qonşu deyil, tərəfdardır».