Yaponiyanın İvaudzumi şəhərində (İvate prefekturasında) “Layonrok” tayfununun səbəb olduğu daşqın nəticəsində qocalar evinin 9 sakini ölüb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, təqaüdçülərin ölümünün dəqiq səbəbi açıqlanmır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.
Qeyd edək ki, Yaponiyada tüğyan edən “Layonrok” tayfununa görə 470 min nəfərə təxliyə olunmaq tövsiyə edilib.