Yaponiyada silahlı insident: 4 yaralı
29 avqust 2016 05:50 (UTC +04:00)

Yaponiyada silahlı insident: 4 yaralı

0

Yaponiyanın Vakayama prefekturasında naməlum şəxs atəş açaraq 4 nəfəri yaralayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident tikinti şirkətinin ofisində qeydə alınıb.

 

Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Atəş açan şəxs hadisə yerini tərk edib.  Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.  İnsidentin səbəbləri barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar