<b>Yanukoviç vətən xaini elan edildi</b>
18 yanvar 2017 18:25 (UTC +04:00)

Yanukoviç vətən xaini elan edildi

 

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ölkəsində vətən xaini elan edilib. Lent.az odatv-yə istinadən xəbər verir ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko 3 il əvvəl baş vermiş hadisələr zamanı Rusiyaya qaçan Viktor Yanukoviçin vətənə xəyanət etdiyini bəyan edib. O bildirib ki, Yanukoviç Rusiyanı Ukraynanı işğal etməyə çağırıb və bu fakt sübuta yetirilib. Belə ki, rəsmi Kiyev BMT-yə Yanukoviçin Rusiyaya müraciəti ilə bağlı sorğu göndərib və sorğunun cavabında sabiq prezidentin həqiqətən də Rusiyanın hərbi qüvvələrinin Ukraynaya dəvət edilməsi məlum olub.

 

Qeyd edək ki, V.Yanukoviç 2014-cü ilin fevralında Rusiyaya qaçıb. Bir müddət sonra Rusiya hərbi qüvvələri Krım yarımadasında idarəetməni ələ keçirəndə bu addımı Ukraynanın faktiki rəhbəri V.Yanukoviçin razılığı ilə atdıqlarını bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar