Yanukoviç artıq Rusiyadadır
26 fevral 2014 20:20 (UTC +04:00)

Yanukoviç artıq Rusiyadadır

Faktiki olaraq ölkəsində axtarış elan edilmiş keçmiş prezident Viktor Yanukoviç Ukraynanın tərk edib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda Ukraynada çıxan «Qlavkom» və «Qordon» qəzetləri xəbər yayıb.

Mənbə bildirib ki, Yanukoviç Ukrayna ərazisindən uğurla çıxıb. Keçmiş prezident və kiçik oğlu dəniz yolu ilə ölkəni tərk edib. Böyük oğlu isə maşınla Donetskdən Rusiyaya keçib. Ailə Rusiya torpaqlarında birləşib.

 

«Qordon» güc qurumlarındakı yüksək rütbəlilərə istinadən bildirib ki, Rusiya Yanukoviçi ölkə ərazisində uzun müddət saxlamağı planlaşdırmır. Onların oradan Asiya dövlətlərindən birinə, İndoneziyaya uçacaqları ehtimal olunur. Yanukoviçlər üçün bu ölkədə «baza qurulduğu» bildirilib.

 

Rəsmi mənbələrdə bu haqda xəbər yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2738
avatar

Oxşar yazılar