İranda yanacaq daşıyan iri tonnajlı maşın idarətməni itirərək dayanacaqda müştəri yığan sərnişin avtobusuna çırpılıb. Nəticədə 16 nəfər dünyasını dəyişib.
Lent.az sozcu.com.tr-yə istinadən bildirir ki, hadisə İranın Kürdüstan vilayətinin Sənəndəc şəhərində baş verib. Ətrafa dağılan xam neft güclü partlayışa səbəb olub.
Avtobusdakı 17 sərnişindən 15-i ölüb. Həlak olanlar arasında qəzanı törədən yanacaq daşıyan tankerin sürücüsü də var.