ABŞ və Aİ Rusiyaya qarşı sanksiyaları qüvvədə saxladı
18 noyabr 2016 17:43 (UTC +04:00)

ABŞ və Aİ Rusiyaya qarşı sanksiyaları qüvvədə saxladı

 

ABŞ prezidenti Barak Obama və Avropa Birliyinin liderləri Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanılması barədə razılığa gəliblər.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Berlində keçirilən görüşdə müttəfiqlər qərara alıb ki, Rusiya Minsk razılaşmalarının öz üzərinə düşən hissəsini yerinə yetirənədək sanksiyalar qüvvədə qalmalıdır.

 

Görüşdə Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın baş nazirləri – Angela Merkel, Tereza Mey, Matteo Renzi, Mariano Rahoy, eləcə də Fransa prezidenti Fransua Olland iştirak edib.

 

Qeyd edək ki, səlahiyyət müddəti başa çatmaqda olan Barak Obama sonuncu dəfə Avropaya səfərə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

APA Baycan

Oxşar yazılar