XİN: “İncirlik” Gülənin işi ilə əlaqələndirilməməlidir
14 oktyabr 2016 01:58 (UTC +04:00)

XİN: “İncirlik” Gülənin işi ilə əlaqələndirilməməlidir

“İncirlik” aviabazası Türkiyənin müttəfiqləri tərəfindən İŞİD-ə qarşı mübarizə üçün istifadə olunur və bu məsələ Gülənlə bağlı işlə əlaqələndirilməməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.

 

“Əgər biz beynəlxalq arenada lazımi tədbir və addımlardan danışırıqsa, onlar beynəlxalq razılaşmalara uyğundur - bizim üçün hüquqi çərçivə çox əhəmiyyətlidir. “İncirlik” bazasına gəlincə, biz hazırda onu İŞİD-lə mübarizə üçün koalisiyanın ixtiyarına vermişik, bu məsələnin Gülənin təşkilatı ilə əlaqəsi yoxdur”, - deyə Türkiyə XİN-dəki mənbə bildirib.  

 

Mənbə qeyd edib ki, Türkiyə tək İŞİD-lə yox, FETÖ və PKK ilə də mübarizədə dost və tərəfdaş ölkələrdən dəstək gözləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar