Vyetnam XİN-i Çinin səfirinə etiraz notası təqdim edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, buna səbəb Çinə məxsus təyyarənin Cənub-Çin dənizində mübahisəli Spratli arxipelaqında yaradılan süni adada tikilmiş aerodromda eniş etməsi olub.
Qeyd edək ki, Çin, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan Cənub-Çin dənizindəki bir neçə ada ətrafında uzun müddətdir mübahisə aparırlar.
Qeyd olunan regionda böyük karbohidrogen ehtiyatları aşkarlanıb.