Venesuelanın üç diplomatı ABŞ-dan qovulur
26 fevral 2014 01:10 (UTC +04:00)

Venesuelanın üç diplomatı ABŞ-dan qovulur

Venesuela hakimiyyətinin ABŞ-a qarşı demarşına cavab olaraq, rəsmi Vaşinqton bu ölkənin üç diplomatını ştatlardan qovur.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu qərarı jurnalistlərə Dövlət Departamentinin təmsiçisi açıqlayıb.

 

Onun sözlərinə əsasən, venesuelalı diplomatlara ABŞ-ı tərk etmək üçün  üç gün vaxt verilib.

 

 

Xatırladaq ki, ötən həftə rəsmi Venesuela hakimiyyəti ABŞ-ın paytaxt Karakasdakı konsulluğunun üç əməkdaşını «arzuolunmaz şəxs» («persona non qrata») elan etmişdi. Ölkə rəhbərliyi iddia edib ki, Venesuela universitetlərinin tələbələri viza vermək adı altında konsulluğa çağırılıb və onlar təlimatlandırılıb. Bundan başqa prezident Nikolas Maduro Vaşinqtonu sosialist hakimiyyəti devirmək üçün müxalifətlə əməkdaşlıqda suçlayıb.

 

Dövlət Departamentinin təmsilçisi Cen Psaki rəsmi Karakasın ittihamlarını qəti şəkildə təkzib edib: «ABŞ-ın Venesueladakı etiraz aksiyaların təşkilinə yardım etməsi əsasız və yalandır».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar