UNİSEF: Suriyada kimyəvi hücum zamanı 27 uşaq ölüb
06 aprel 2017 21:05 (UTC +04:00)

UNİSEF: Suriyada kimyəvi hücum zamanı 27 uşaq ölüb

BMT-nin Uşaq Fondu (UNİSEF) Suriyanın Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində 27 uşağın öldüyünü təsdiqləyib.   

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında bildirilir.   

 

Təşkilatın məlumatına görə, hücum nəticəsində daha 546 nəfər xəsarət alıb. Ölənlərin sayının artacağı istisna olunmur.  

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyi bildirilib.

 

Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib əyalətinin Xan-Şeyhun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara  məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb.

 

Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Suriya ordusunu kimyəvi silahdan istifadə etməkdə  ittiham edir. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları kimyəvi silahdan istifadə etməkdə günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar