Fevralın 27-də Ukraynanın Ali Radasında yeni hökumətin tərkibi təsdiqlənəcək.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, parlamentə təqdim olunacaq kabinet üzvlüyünə namizədlər Kiyevdə Müstəqillik Maydanında açıqlanıb.
Baş nazirliyə «Batkivşina» fraksiyasının lideri Arsen Yatsenyukun namizədliyi irəli sürülüb.