Ukrayna hökumətinin yeni tərkibi fevralın 26-da Kiyevin Müstəqillik Maydanında elan açıqlanacaq.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, «Batkivşina» Partiyasının saytı bu haqda xəbər yayıb. Mənbə bildirib ki, Maydan Şurası bütün «maydançılar və vətəndaşları» həmin tədbirə dəvət edib.
Bir müddət öncə yeni nazirlər kabinetinə siyasilərlə yanaşı, «ictimaiyyətin təmsilçilərinin» də daxil olacağı bildirilmişdi.