ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iclas fevralın 8-də keçirilə bilər.
İclasda rəsmi Pxenyanın hərəkətlərini pisləyən bəyanatın qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, martın 6-da Şimali Koreya ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib.