Tütün məmulatlarından asılılığı azaldan dərmanlar vergidən azad edilir
Gürcüstanda tütün məmulatlarından asılılığın müalicəsi üçün istifadə edilən tibbi vasitələr əlavə dəyər vergisindən və idxal rüsumundan azad ediləcək.
ONA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin Səhiyyə komitəsinin hakim Gürcü Arzusu Partiyasından olan deputatların təşəbbüsü ilə hazırladığı qanun layihəsi parlamentin iyunun 3-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.
Layihənin məqsədinin tütün məmulatlarından asılılığın müalicəsinə əhalinin çıxış imkanlarını artırmaq olduğu bildirilir.
1129