<b>Türkiyənin xüsusi təyinatlıları Suriyaya daxil oldu</b>
26 fevral 2018 12:36 (UTC +04:00)

Türkiyənin xüsusi təyinatlıları Suriyaya daxil oldu

0

 

Türkiyənin xüsusi təyinatlıları Suriyanın Afrin bölgəsinə daxil olub. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Qaziantepin İslahiye qəsəbəsində toplanan jandarma və polisin xüsusi təyinatlı dəstələri Afrinin terrorçulardan təmizlənmiş hissələrinə nəzarəti artırmaq üçün bölgəyə daxil olub. Yeni qüvvələr əraziyə terrorçuların sızmasının və məhəllə qarşıdurmalarının baş verməməsi üçün xidmət aparacaq.

 

Bildirilir ki, Türkiyənin xüsusi təyinatlı qüvvələri “Zeytin Dalı” əməliyyat planı çərçivəsində Kilisin Gülbaba və Hatayın Hassa adlanan hissəsindən sərhədi keçərək irəliləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar