Somalinin paytaxtı Moqadişidə Türkiyə səfirliyi əməkdaşlarının qaldığı binaya yük avtomobili ilə basqın edilib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, olay nəticəsində iki nəfər həlak olub.
Əhməd Mahmud adlı polis «Röyter»ə müsahibəsində deyb ki, bomba quraşdırılmış avtomobili intiharçı şəhərin «K4» rayonunda Türkiyə səfirliyi əməkdaşlarının yaşadığı binaya sürüb.
Terrorun məsuliyyətini üzərinə götürən hələ ki yoxdur. Bununla belə mənbə xatırladıb ki, əvvəllər buna bənzər basqınları terrorçu «əl-Qaidə»-nin «əl-Şebab» qolu törədib.