<b>Türkiyəli avtoritet həbsxanaya belə getdi - <span style="color:red;">100 MAŞINLIQ KORTEJ </b>
04 may 2017 14:52 (UTC +04:00)

Türkiyəli avtoritet həbsxanaya belə getdi - 100 MAŞINLIQ KORTEJ

 

Türkiyədə kriminal aləmdə “Çərkəz Cengiz” adı ilə tanınan Cengiz Şıklaroğlu həbsxanaya 100 maşınlıq kortej gedib.

 

Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, Cengiz Şıklaroğlunun 10 aylıq həbs cəzasını çəkmək üçün Maltəpədə yerləşən cəzaçəkmə müəssisəsinə 100 maşınla getdiyi bütün saytlarda manşet xəbər olub. Yalnız Cengiz Şıklaroğlunun haqqında həbs cəzası olmadığı məlum olub.

 

Ataşəhərdə saxlanılan kriminal avtoritetin evində aparılan axtarış nəticəsində 2 ədəd odlu silah aşkarlanıb. Həmçinin onun digər cinayətlərdə əli olduğu bildirilib.

 

O, hazırda saxlanılıb.  Qeyd edilib ki, həmin kortejdə iştirak edən şəxsləri də pul ilə tutublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar