“Cumhuriyet” əməliyyatı: qəzetin rəhbərliyi və Can Dündar haqqında<span style="color:red;"> HƏBS QƏRARI  - <span style="color:red;">YENİLƏNİB
31 oktyabr 2016 10:02 (UTC +04:00)

“Cumhuriyet” əməliyyatı: qəzetin rəhbərliyi və Can Dündar haqqında HƏBS QƏRARI - YENİLƏNİB

Türkiyənin “Cümhuriyet” qəzetinin rəhbər şəxslərinin evi polis basqınına məruz qalıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu gün səhər saatlarında polis Murad Sabuncunun, Akın Atalayın və qəzetin yazarı Güray Özün evində əməliyyat keçirib. Murad Sabuncu və Güray Öz saxlanılıb. Akın Atalay isə xaricdə olduğu üçün onun barəsində həbs qətimkan tədbiri seçilib. 

 

Hadisənin təfsilatları və həbsin səbəbi barədə hələlik məlumat verilmir.

 

Lent.az-ın "sozcu.com.tr"ə istinadən xəbərinə görə, gözaltı siyahısında "Cümhuriyet" qəzetinin yazar və rəhbər şəxslərinin də olduğu 15 nəfərin adı var.

 

Hökumətə yaxın "Sabah" qəzeti əməliyyatın avqust ayından başlanan və qəzetin terror təşkilatları olan FETO və PKK-ya dəstək verdiyi iddiasına əsaslanan araşdırma əsasında keçirildiyini qeyd edib.

 

Qəzetin sabiq rəhbəri Can Dündar isə xaricdə olduğu üçün barəsində həbs qərarı çıxarılıb.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar