Türkiyənin şimal-şərqindəki Artvin vilayətində yeni avtomobil tuneli açılacaq.
Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə nazirliyindən məlumat verilib.
Məlumata əsasən, “Cankurtaran” adlanan tunelin açılışı martın 1-i baş tutacaq.
Uzunluğu 5,9 kilometr təşkil edən tunelin tikintisi 2010-cu ildə başlayıb.
Qeyd edək ki, Türkiyədə 40 avtomobil və 3 dəmiryolu tuneli istifadəyə verilib.