Türkiyədə PKK-nı təbliğ edən şəxslərə qarşı əməliyyat keçirilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Adanada 30 ünvanda sosial media hesablarında terror təşkilatı olan PKK-nı və onun liderlərini təbliğ edən, Türkiyə dövlətinin rəhbərlərini təhqir edən şəxslərə qarşı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 22 nəfər gözaltına alınıb.