Türkiyənin Van vilayətində polis şöbəsinin qarşısında minalanmış avtomobilin partladılması nəticəsində 3 dinc sakin ölüb.
APA-nın “Milliyet-”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2-si polis əməkdaşı olmaqla 40 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Terrorçuların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
***
Van vilayətinin İpək yolu rayonunda polis şöbəsinin qarşısında minalanmış avtomobil partladılıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində dinc sakinlər daxil olmaqla təxminən 20 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Terrorçuların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.