Türkiyənin baş naziri Binəli Yıldırım, CHP sədri Kemal Kılıçdaroğlu və MHP sədri Devlet Bhçeli bir araya gəlib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, mətbuata qapalı keçirilən görüş bu gün səhər 10:00 radələrində başlayıb. Birlik və bərabərlik ruhunun davam etdirilməsi məqsədi ilə keçirilən görüşdə həmçinin FETO-nun çevriliş cəhdi, terrorla mübarizə, konstitusiya kimi məsələlərin də müzakirə ediləcəyi deyilir.