Türkiyədə hərbi bazaların İstanbulun mərkəzindən çıxarılmasına başlanılıb.
Lent.az-ın “Sözcü”ə istinadən məlumatına görə, 15 iyul hərbi çevriliş cəhdindən sonra Ankara və İstanbuldakı hərbi hissələrin sentyabrın 11-dək şəhərdən kənara çıxarılması qərarı verilib.
Qərarın icrasına İstanbulda yerləşən Baştabya hərbi bazasında start verilib. Bazada yerləşən 66-cı Mexaniki Piyada Briqadasının tanklarının şəhərdən kənara daşınmasına başlanılıb.