<b>Türkiyədə həbs edilmiş 3 jurnalist sərbəst buraxıldı</b>
29 dekabr 2016 18:43 (UTC +04:00)

Türkiyədə həbs edilmiş 3 jurnalist sərbəst buraxıldı

 

Türkiyədə bir müddət əvvəl həbs edilən jurnalistlər sərbəst buraxılıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, fəaliyyətinə xitam verilən “Özgür Gündem” qəzetinin əməkdaşı Aslı Erdoğan, Necmiye Alpay və Bilir Kaya prokurorun tələbi əsasında sərbəst buraxılıb. Məhkəmə təxminən 4 ay əvvəl həbs edilən 3 jurnalistin ölkədən çıxmasına qadağa qoyub.

 

Qeyd edək ki, bağlanmış qəzetin ümumilikdə 9 əməkdaşı məhkəmə qarşısına çıxarılıb. Onlar ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar etməkdə, terror təşkilatının təbliğatını aparmaqda təqsirli bilinirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar