Türkiyənin Ədirnə vilayətində qandonduran cinayət hadisəsi yaşanıb.
Lent.az-ın “Sözcü”yə istinadən məlumatına görə, Ədirnə sakini Feyyaz Doksat böyük qardaşı və onun 3 övladını baltayla öldürüb tikələrə ayırdıqdan sonra izi itirmək üçün evi yandırıb.
Yanğın xəbəri ilə hadisə yerinə gedən polis əməkdaşları evin bağçasında yananın cəsədlər olduğunu görüblər.
Araşdırma zamanı cəsədlərin arvadından ayrı yaşayan 38 yaşlı Bülənt Doksat ilə uşaqları - 3 yaşlı Ərtoğrul, 10 yaşlı İsmayıl və 11 yaşlı Büşra olduğu müəyyənləşib.
Cinayəti törədən əvvəl oğurluq əməlinə görə məhkum olmuş Feyyaz Doksat tutularaq istintaqa cəlb edilib. Onun psixoloji problemlərinin olduğu da deyilir.
“Milliyet” qəzetinin yazdığına görə isə qatil və öldürdüyü qardaşı narkotik maddə aludəçisi olub. İddiaya görə, iki qardaş birlikdə narkotik maddə qəbul etdikdən sonra aralarında mübahisə yaranıb və nəticədə bu qorxunc cinayət baş verib.