<b>Türkiyədə bina çökdü:</b><span style="color:red;"> 2 ölü, 17 yaralı   - <span style="color:red;">YENİLƏNİB-1
14 yanvar 2017 07:11 (UTC +04:00)

Türkiyədə bina çökdü: 2 ölü, 17 yaralı - YENİLƏNİB-1

İstanbulun Zeytunburnu qəsəbəsində binanın çökməsi nəticəsində 2 nəfər ölüb, xəsarət alanların sayı 17-yə çatıb

 

APA-nın məlumatına görə, 56 mənzilli 8 mərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb.

 

İstanbulun valisi Vasip Şahin hadisə yerində olub. O, bildirib ki, bina 2015-ci ildə boşaldılıb və yaşayış olmayıb. Binanın çökməsi nəticəsində ərazidən keçən adamlar dağıntılar altında qalıblar. 1 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.

 

Vali Vasip Şahin bildirib ki, təhlükəsizlik məqsədilə ərazidə 21 bina boşaldılıb. Bəzi iddialara görə, bina rəsmən boşaldılsa da, orada suriyalı qaçqınlar qanunsuz yaşayıblar. İstanbul valisi bildirib ki, onlarda belə məlumat yoxdur. Lakin hər ehtimala qarşı dağıntılar altında axtarışlar davam etdirilir.

 

 

***

 

18:29

 

 

Zeytunburnunda binanın çökməsi nəticəsində 1 nəfər dünyasını dəyişib.

 

Lent.az-ın sözcü-yə istinadən məlumatına görə, hadisə zamanı 5 nəfər  yaralanıb.

 

***

17:55

 

Türkiyədə, Zeytinburnu ərazisində çoxmərtəbəli bina çöküb.

 

Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, çoxlu sayda yaralıların olduğu deyilir. Hadisə yerinə təcili tibbi yardım maşınları sövq edilib. Çökən binanın əvvəlcə boşaldıldığı deyilsə də, dağıntılar altında qalanların olduğu bildirilir.

Zeytinburnunda çökən binanın 7 mərtəbə olduğu öyrənilib. İndiyə qədər dağıntı altından çıxarılan 2 nəfər xəstəxanaya aparılıb. 

Çökən binaya bitişik yanacaqdoldurma məntəqəsi, binanın aşağı mərtəbəsində isə işlək ATM mərkəzləri və iri supermarket var imiş

Zeytunburnu Bələdiyyə sədri Muray Aydın bildirib ki, 56 mənzilli bina boş olub. 1993-cü ildə inşa edilən bina 2015-ci ildə boşaldılıb.

Hadisənin detalları açıqlanacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391

Oxşar yazılar

"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi

NASA “super-Yer” planeti kəşf etdi

17 iyul 2025 , 04:11